"Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır - Rəsmi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Metronun "Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işləri sabah yekunlaşacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.
Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti "Həzi Aslanov" stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.
Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
-
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
6 yaşlı qurban və dini riyakarlıq: Türkiyənin utancı
-
Xocalı və Ağdərəyə növbəti köç olub
-
Mətbuat Şurası jurnalistlərə çağırış etdi
XƏBƏR LENTİ
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
-
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
Toyda gəlinə qızıl əvəzinə TIR təkəri hədiyyə etdilər – (Video)
-
6 yaşlı qurban və dini riyakarlıq: Türkiyənin utancı
-
Xocalı və Ağdərəyə növbəti köç olub
-
Mətbuat Şurası jurnalistlərə çağırış etdi
-
"WhatsApp”a iki yeni funksiya gəlir
-
Azərbaycan pasportu dünyada neçənci yerdədir?
-
Yenicə ailə quran Pünhanın xanımı ilə romantik Fotosu
-
"Bəlkə də Bakıda “Barselona”ya qalib gəldik"
-
Arif Mərdanova yüksək vəzifə verildi
-
Nurgül Yeşilçay 8 illik sevgilisi ilə niyə evlənmədiyini açıqladı (Video)
-
"Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır - Rəsmi
-
Bu sənədə görə evsiz qala bilərsiz - Notarius belə unudur
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
-
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək





