Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi "Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək" layihəsinin icrasını davam etdirir.
Milli.Az Qaziler.az-a istinadən xəbər verir ki, bu barədə AMZA-nın sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun donorluğu, ANAMA-nın tərəfdaşlığı ilə elan edilən qrant müsabiqəsinin qaliblərindən biri olan AMZA-nın həyata keçirdiyi bu layihənin əsas məqsədi əhalinin işğaldan azad edilmiş əraziyə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir.
"Bildiyiniz kimi, işğalçı ermənilər Qarabağda böyük sayda mina basdırıb. Eyni zamanda ərazidə xeyli sayda partlamamış hərbi sursatlar qalmaqdadır. Təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-2025-ci illərdə 19 şəhər və rayonda minadan zərərçəkənlərlə (İMİSMA standartları əsasında) sorğular keçirilib və 1360 minadan zərərçəkmiş şəxsin ehtiyacları öyrənilib. Bu il biz "Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların yerlərini müəyyənləşdiririk. Gördüyümüz işin maiyyəti bundan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə minaya düşmüş və ya minaların basdırıldığı yerlər haqqında məlumatlı olan şəxslərin iştirakı ilə həmin yerlərin koordinatlarını ANAMA-nın təqdim etdiyi xüsusi proqram əsasında götürürük. Topladığımız bütün məlumatları sonda ANAMA-ya təqdim edəcəyik . Fürsətdən istifadə edərək layiənin icrasında bizə yaxından dəstək verdikləri üçün ANAMA-ya və Beynəlxalq Avrasiya Mətbuat Fonduna dərindən təşəkkürümüzü bildiririk".
R.Kərimoğlu Ağdam, Ağdərə və Tərtər rayonlarının ərazisində görülən bu işlərin bundan sonra işğaldan azad edilmiş digər ərazilərdə davam etdirmək niyyətində olduğunu bildirib.
Layihənin eksperti Mirəli Hüseynov Azərbaycanda ilk təcrübə olan bu layihənin çox vacib və əhəmiyyətli olmasını qeyd edib: "Layihə partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsinə və yaşayış üçün təhlükəsiz yerlərə çevrilməsinə töhfə verir. Bu doğma yurdlarına qayıdan insanların həyat və sağlamlığının qorunması, o cümlədən böyük qayıdışın sürətləndirilməsi üçün önəmli bir vəzifədir. Layihənin icrasında bir çox çətinliklərlə üzləşsək də, bu cür müqəddəs vəzifənin icrasında iştirakdan qürur duyuruq. Onu da qeyd etməliyəm ki, kifayət qədər çətin, eyni zamanda xeyli risqləri olan bu layihənin uğurla icrası müstəsna olaraq AMZA komandasının peşəkarlığı və səyləri nəticəsində mümkün olmuşdur. Bu layihəni dəyərli edən digər faktor layihə rəhbəri ilə yanaşı, layihənin digər iki əməkdaşının da minadan zərəçəkmiş şəxslər olmasıdır".

DİGƏR XƏBƏRLƏR
-
Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Qubada kişinin meyiti həyətdə tapıldı
XƏBƏR LENTİ
-
"Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir"
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Nəfəsin canlı ifası müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Ərəbistan Müdafiə Nazirliyinin binası vuruldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)
-
Sədərəyə güclü dolu yağdı - (Video)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)
-
Əməkdar artist ilk dəfə qızı ilə görüntüsünü paylaşdı – (Video)
-
Zaur Nağıyev yüksək vəzifəyə təyinat aldı
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
-
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
Toyda gəlinə qızıl əvəzinə TIR təkəri hədiyyə etdilər – (Video)
-
6 yaşlı qurban və dini riyakarlıq: Türkiyənin utancı
-
Xocalı və Ağdərəyə növbəti köç olub
-
Mətbuat Şurası jurnalistlərə çağırış etdi
-
"WhatsApp”a iki yeni funksiya gəlir





