"Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil".
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, DİM-in psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra keçirilən araşdırmada məzunların ixtisas seçiminə təsir göstərən amillər öyrənilib.
"Sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb. 41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə - ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub. Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır. Amma araşdırmada daha bir maraqlı məqam var.
İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər. Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?"
Məleykə Abbaszadə qeyd edib ki, valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir:
"Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir. Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir. Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir. Məncə, biz gənclərdən "Neçə bal toplamısan?" və "Hansı ixtisasa qəbul olacaqsan?" suallarını soruşduğumuz qədər, "Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?" sualını da soruşmalıyıq. Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
XƏBƏR LENTİ
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
25 il əvvəl törədilmiş qətlin üstü açıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
-
Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb
-
"Gənclərin yalnız 3,2 faizi ixtisasını şəxsi maraqlarına görə seçir"
-
Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu - (Foto)
-
Nəfəsin canlı ifası müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - (Foto)
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Ərəbistan Müdafiə Nazirliyinin binası vuruldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)
-
Sədərəyə güclü dolu yağdı - (Video)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)
-
Əməkdar artist ilk dəfə qızı ilə görüntüsünü paylaşdı – (Video)
-
Zaur Nağıyev yüksək vəzifəyə təyinat aldı
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
-
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb





