Türkiyə

“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan

26 Oktyabr 2026 21:21
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və qarşıda duran mühüm zirvə görüşündən söz açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə yenə Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə birlik və bərabərliklə dayanacağıq" - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.