“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
24-25 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə kino" layihəsi çərçivəsində görkəmli rəssam, Xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Film nümayişi iştirakçılara Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış sənətkarın həyat yolu, yaradıcılıq xüsusiyyətləri və milli rəngkarlığa verdiyi töhfələr haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaradıb.
Nümayişdən sonra iştirakçılar muzeyin "1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası" adlı daimi ekspozisiyası ilə tanış olublar. Ekskursiya zamanı Azərbaycan rəngkarlığının müxtəlif inkişaf mərhələlərini əks etdirən əsərlər, dövrün bədii xüsusiyyətləri və rəssamların yaradıcılıq axtarışları haqqında məlumat verilib. İştirakçılar Tahir Salahovun sənət dünyası ilə daha yaxından tanış olmaq, onun yaradıcılıq üslubunu və əsərlərinin təsir gücünü muzey mühitində müşahidə etmək imkanı əldə ediblər.
Ekskursiyanın davamı olaraq Tahir Salahovun yaradıcılığına həsr olunmuş interaktiv proqram təşkil edilib. Proqram çərçivəsində muzeyin Mədəniyyət və Təhsil şöbəsinin təhsil proqramları üzrə mütəxəssisi, rəssam Murad Qurbanovun müəllifi olduğu, sənətkarın məşhur "Təmirçilər" əsəri əsasında hazırlanmış pazl təqdim olunub.
Proqramın əsas hissəsini təşkil edən "Gör və tap" oyunu iştirakçıların əsərə diqqətlə baxmasını, təsvirin ayrı-ayrı elementlərini araşdırmasını və müşahidələrini bölüşməsini nəzərdə tutub. İştirakçılar rəsm əsərindəki personajların xüsusiyyətlərini, geyim detallarını, rəng çalarlarını və kompozisiyanın ayrı-ayrı elementlərini müəyyənləşdirərək əsərin bədii quruluşunu daha dərindən öyrəniblər. Daha sonra pazlın hissələrini birləşdirərək "Təmirçilər" əsərinin təsvirini yenidən qurublar.
Bu fəaliyyət vasitəsilə iştirakçılar rəsm əsərinə yalnız bütöv bir təsvir kimi deyil, ayrı-ayrı detalların qarşılıqlı əlaqəsindən yaranan bədii kompozisiya kimi yanaşmaq imkanı əldə ediblər. Oyunun gedişində diqqət, məntiqi düşünmə, vizual qavrayış və komanda şəklində işləmək bacarıqları da təşviq olunub.
"Muzeydə kino" layihəsi çərçivəsində təşkil edilən film nümayişi, ekskursiya və interaktiv fəaliyyətlər incəsənətin müxtəlif üsullarla öyrənilməsinə şərait yaradıb. Proqram iştirakçıların Tahir Salahovun yaradıcılığına marağını artırmaqla yanaşı, muzeydə öyrənmə prosesini daha canlı, interaktiv və yaddaqalan edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
XƏBƏR LENTİ
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Qaradağda bir neçə küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
-
Kollina Azərbaycandadır - (Video)
-
Tacir Şahmalıoğl mədəkiçiltmə etdirdiyini etiraf etdi
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)





