Cəmiyyət

Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar

26 Oktyabr 2026 22:17
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İİV və QİÇS xəstələrinin müalicəsi, onlara qulluq və laborator müayinələrlə məşğul olan bir sıra səhiyyə və elmi müəssisə əməkdaşlarına hər ay vəzifə maaşlarının 60 faizi həcmində əlavə haqq ödənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu əlavə ödəniş İİV və QİÇS-lə əlaqəli əmək şəraitində çalışan müəyyən kateqoriyadan olan işçiləri əhatə edir.

Əlavə haqq QİÇS və ya İİV-lə mübarizə mərkəzlərində xəstələrin diaqnostikası, müalicəsi və onlara birbaşa qulluqla məşğul olan rəhbərlərə, həkimlərə, orta və kiçik tibb heyətinə, eləcə də digər vəzifələrdə çalışan əməkdaşlara şamil olunur.

İİV və QİÇS xəstələrini müalicə edən tibb müəssisələrinin və ixtisaslaşmış bölmələrinin əməkdaşları da bu ödənişdən yararlana bilərlər.

Bundan başqa, digər tibb müəssisələrində belə xəstələrə məsləhət verən, tibbi yardım göstərən, onlara qulluq edən, məhkəmə-tibb və məhkəmə-psixiatriya ekspertizası aparan işçilərə də əlavə haqq ödənilir. Bu kateqoriyaya daxil olan şəxslər üçün ödəniş xəstələrlə bilavasitə təmasda olduqları faktiki iş vaxtına mütənasib hesablanır.

İİV üzrə laborator müayinələr aparan, xəstələrin qanını və bioloji mayelərini tədqiq edən tibb müəssisələrinin əməkdaşları da 60 faizlik əlavədən yararlananlar sırasındadır.

Əlavə ödəniş elmi müəssisə və təşkilatlarda İİV və QİÇS problemləri üzrə tədqiqat aparan, bu xəstəliklərlə əlaqəli materiallarla işləyən, potensial yoluxmuş xəstələr və materiallarla təmasda olan elmi işçilərə, mütəxəssislərə və digər əməkdaşlara da şamil edilir. İİV-ə yoluxmuş materiallarla bilavasitə işləyən və müvafiq laboratoriya və istehsalat sahələrində çalışan işçilər də bu kateqoriyaya daxildir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.