Ölkə

Qaradağda bir neçə küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

26 Oktyabr 2026 21:46
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.

"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.