Hadisə

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)

26 Oktyabr 2026 23:08
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Goranboyda elektrik dirəyinin aşması faciə ilə nəticələnib, 35 yaşlı qadın həyatını itirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bədbəxt hadisə rayonun  QarapirimLi kəndində baş verib.

Məlumata görə, Azər Ağayevə məxsus mənzildə elektrik xəttinin naqillərindən biri qırılıb. O problemi aradan qaldırmaq üçün elektrık çağırıb. Elektrik naqili bərpa edən zaman həyətdə olan elektrik dirəyi ev sahibinin həyat yoldaşı Ləman Ağayevanın üzərinə aşıb.

Boyun nahiyyəsindən ağır xəsarət alan qadın Goranboy rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Orada qadının öldüyü müəyyən edilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.