Şou-biznes

Mayk Tayson İstanbulda seriala çəkilir

26 Oktyabr 2026 23:54
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Boks üzrə ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson ailəsi ilə birlikdə İstanbula gəlib. Türkiyədə televiziya serialında çəkiləcək Tayson hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az-ın xəbərinə görə, ailəsi ilə birlikdə İstanbula gələn Tayson İstanbul Hava Limanında mətbuat nümayəndələri ilə görüşüb.

Jurnalistlərin suallarını cavablandıran məşhur boksçu Türkiyədə olmaqdan məmnun olduğunu deyib: "Türkiyədə olduğum üçün çox xoşbəxtəm".

Hava limanında Taysondan Türkiyə futbol liqasını izləyib-izləmədiyi də soruşulub.

Məşhur boksçu cavabında deyib: "Mən yalnız Braziliya və Argentina liqalarını izləyirəm".

Mayk Taysonun Türkiyəyə səfərinin televiziya serialında qonaq qismində iştirakı ilə bağlı olduğu öyrənilib.

Əvvəllər bildirilən məlumata görə, Taysonun Star TV üçün hazırlanan "Tuzlu Kahve" televiziya serialında rol alması gözlənilir.

Taysonun Buğra Gülsoyun canlandırdığı Mehmetin amerikalı dostu obrazını canlandıracağı bildirilir. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.