“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.
Əvvəlcə MEMİM-in şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsi, qabaqcıl ifaçılıq və tədris metodlarının bölüşülməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır.
Daha sonra L.Kərimova MEMİM tərəfindən nəşr olunan "Asəf Zeynallı. Seçilmiş əsərlər" not kitabını Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinə hədiyyə edib.
Fortepiano üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas fortepiano kafedrasının baş müəllimi Zərif Kərimovanın iştirakı ilə gerçəkləşib. Müəllim fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib, çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.
Əməkdar müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simli alətlər kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva tərəfindən keçirilən ustad dərsində isə violində ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi barədə danışılıb, müəllim və şagirdlərə müvafiq tövsiyələr verilib.
İnteraktiv formatda keçən hər iki ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoqlar iştirakçıların suallarını cavablandırıblar.
Xatırladaq ki, "Mədəniyyət rüzgarı" layihəsi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
XƏBƏR LENTİ
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)





