Ölkə

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir

27 Oktyabr 2026 21:07
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2008-ci ildə "İstiqlal", 2013-cü ildə "Şərəf", 2018-ci ildə "Şöhrət" ordenləri ilə təltif edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.