Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Banklarda nağd valyuta alıb-satarkən müəyyən məbləğ hədlərini aşan müştərilər şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bankdan bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici valyuta satıldıqda, eləcə də bir müştəridən 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta alındıqda şəxsiyyətin təsdiqi tələb olunur.
Qaydalara əsasən, banklarda, onların filial və şöbələrində nağd valyuta mübadiləsinin bir neçə növü həyata keçirilir. Müştərilər nağd xarici valyutanı manata dəyişə, manatla xarici valyuta ala, bir xarici dövlətin valyutasını digər dövlətin valyutasına dəyişə, eləcə də eyni xarici valyutanın müxtəlif nominalda olan əskinaslarını bir-biri ilə əvəz edə bilərlər.
Banklar iri məbləğli əməliyyatlar aparan müştərilərlə bağlı əlavə nəzarət tədbirləri də tətbiq etməlidirlər. Son 1 il ərzində 20 000 manatdan və ya ona ekvivalent məbləğdən artıq əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqinə dair daxili qayda və prosedurlar mövcud olmalıdır. Banklar bu tələblərə əməl olunmasına nəzarət mexanizmlərini də təmin etməlidirlər.
Əməliyyat günü ərzində mübadilə üçün müvafiq valyutanın çatışmadığı hallar istisna olmaqla, banklarda, filial və şöbələrdə yalnız valyuta alışının və ya yalnız satışının həyata keçirilməsinə yol verilmir. Yəni valyuta mövcud olduğu halda mübadilə məntəqəsi yalnız bir istiqamətdə əməliyyat aparmamalıdır.
Hər bir valyuta mübadiləsi əməliyyatından sonra müştəriyə bank çıxarışı verilməlidir. Sənəddə bankın, filialın və ya şöbənin adı və ünvanı, əməliyyatın tarixi və vaxtı, əməliyyatın növü, tətbiq edilən məzənnə, varsa komisyon haqq, alınan və satılan valyutanın adı və məbləği göstərilməlidir.
Müəyyən edilmiş məbləğ hədləri nəzərə alınmaqla, çıxarışda müştərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin növü və fərdi identifikasiya nömrəsi (FİN) də əks olunmalıdır. FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi qeyd edilir. Bundan başqa, sənəd əməliyyatı aparan məsul şəxsin imzası və ştampı ilə təsdiqlənməlidir. Gücləndirilmiş elektron imza ilə təsdiq edilən bank çıxarışlarına bu son tələb şamil olunmur.
Valyuta mübadiləsi aparılan sahədə müştərilərin görə biləcəyi yerdə məzənnələr və xidmət haqları barədə məlumat yerləşdirilməlidir. Bankın və ya müvafiq filialın adının göstərildiyi xüsusi elektron lövhədə alış və satış məzənnələri, komisyon haqq tətbiq edilirsə faktiki mübadilə məzənnəsi açıqlanmalıdır.
Faktiki məzənnə alış zamanı alış məzənnəsindən xidmət haqqının çıxılması, satış zamanı isə satış məzənnəsinə xidmət haqqının əlavə edilməsi yolu ilə hesablanır. Tətbiq edilən komisyon haqq və valyuta mübadiləsi əməliyyatlarının aparıldığı iş vaxtı da müştərilərin görə biləcəyi yerdə göstərilməlidir.
Beləliklə, banklarda nağd valyuta mübadiləsi zamanı həm müəyyən məbləğlərdən yuxarı əməliyyatlar üçün şəxsiyyətin təsdiqi, həm də müştəriyə məzənnə, xidmət haqqı və əməliyyat barədə ətraflı məlumat verilməsi tələb olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Dünyada bu meyvə bahalaşacaq
-
Azərbaycan nefti bahalaşdı - Qiymət 127 dolları keçdi
-
Qazın qiyməti bahalaşır
XƏBƏR LENTİ
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər





