Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərginin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 90-dan çox əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Özbəkistan Rəssamlar İttifaqının sədri, akademik İbrahim Vəlixocayev, dünya şöhrətli rejissor Robert Strua çıxış ediblər. Çıxışlarda Fərhad Xəlilovun Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələrdən, özünəməxsus yaradıcılıq üslubundan və əsərlərinin sənətsevərlər üçün daşıdığı əhəmiyyətdən bəhs ediblər. Çıxışlarda rəssamın zəngin yaradıcılıq irsinin, xüsusilə Abşeron mövzusuna həsr olunmuş əsərlərinin milli incəsənətimizin tanıdılmasındakı rolu vurğulanıb, sənətkarın 80 illik yubileyi münasibətilə təbriklər çatdırılıb və ona yeni yaradıcılıq uğurları arzulanıb. Daha sonra Özbəkistan Rəssamlar İttifaqının sədri İbrahim Vəlixocayevin isə Fərhad Xəlilova Özbəkistanın milli geyimini hədiyyə edib.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xətti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirir. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, eləcə də təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.
Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı əsərlər - monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunacaq. Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə təqdim olunur. Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir.
Fərhad Xəlilovun "Buzovnada", "Görədildə", "Mərdəkanda yağış", "Çiçəklənən nar ağacı", "Buzovnada payız", "Buzovnada bahar", "Sahildə küləkli axşam", "Yağışlı gün", "Zirədə gecə", "Sahildə qar", "Qala kəndində" və "Maştağada axşam" kimi əsərlərində Abşeronun təbiəti və mənzərələri rəng, işıq və kolorit vasitəsilə özünəməxsus bədii ifadəsini tapır. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu hisslər və emosional çalarlar da mühüm əhəmiyyət daşıyır.
Rəssamın yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir.
Müxtəlif yaradıcılıq dövrlərini əhatə edən ekspozisiya Fərhad Xəlilovun bədii dünyasının formalaşmasını, sənətkarın yaradıcılıq axtarışlarını və üslubunda baş verən dəyişiklikləri izləməyə imkan verir. Sərgi eyni zamanda Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində hansı məna kəsb etdiyini üzə çıxarır.
Sərgi 26 mart 2027-ci il tarixinədək davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər





