Dünya

Putin Pezeşkianla görüşdü - (Video)

27 Oktyabr 2026 21:35
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla təkbətək görüşdə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə etdiyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Biz indi sizinlə təkbətək söhbətimizdə regiondakı vəziyyəti müzakirə etdik. Sözsüz ki, bu vəziyyət təkcə bizdə deyil, xüsusilə İranla sıx əməkdaşlıq edən bir ölkə kimi ilk növbədə bizdə narahatlıq doğurmaya bilməz", - deyə Rusiya dövlət başçısı görüş zamanı vurğulayıb:

Putin həmçinin Rusiyanın İrandakı birgə layihələr üzrə öz üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya səfər edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.