PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"PAŞA Real Estate Qrup" və "Marriott International, Inc." Özbəkistanın paytaxtı Daşkənddə "JW Marriott" brendi altında rezidensiyalar layihəsinin həyata keçirilməsini nəzərdə tutan saziş imzalayıb. Layihə "PAŞA Real Estate Qrup"un Daşkənddə inşa etdiyi çoxfunksiyalı kompleksin tərkibində həyata keçiriləcək.
Üç binadan ibarət olması nəzərdə tutulan kompleksin bir binasında "The Ritz-Carlton, Tashkent" hoteli və "The Ritz-Carlton" rezidensiyaları, digər iki binada isə "JW Marriott" brendi altında rezidensiyalar yerləşəcək. Kompleksdə lüks mağazaların və restoranların yer alacağı ticarət və gəzinti zonası da planlaşdırılır. Yeni rezidensiyaların "The Ritz-Carlton" layihəsini tamamlaması və "JW Marriott" brendinin yüksək standartlarına uyğun rahatlığı və zövqlü dizaynı ilə seçilən mənzillərdən ibarət olacağı gözlənilir.
"Daşkənddə həyata keçirdiyimiz bu layihə "PAŞA Real Estate Qrup" üçün mühüm əhəmiyyət daşıyır. Bu layihə beynəlxalq təcrübəni, müasir memarlığı və yüksək xidmət standartlarını bir araya gətirərək müştərilərimiz üçün keyfiyyətli və rahat yaşayış mühiti yaratmaq istiqamətindəki yanaşmamızı əks etdirir" - deyə "PAŞA Real Estate Qrup"un Baş İcraçı Direktoru Özgür Geter bildirib. "Marriott International" ilə əməkdaşlığımız layihənin həyata keçirilməsində mühüm rol oynayır. "JW Marriott" brendi altında rezidensiya layihəsi üzrə imzalanmış saziş Daşkənddəki bu kompleksin inkişafında növbəti mühüm mərhələdir".
"Marriott International" ın Avropa, Yaxın Şərq və Afrika regionunda çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı üzrə regional vitse-prezidenti Jaidev Menezes bildirib: "Daşkənd böyük potensiala malik, sürətlə inkişaf edən bazardır. Burada yüksək səviyyəli dizayn, dünya standartlarına uyğun şərait və nüfuzlu beynəlxalq brendə xas keyfiyyət standartlarını bir araya gətirən rezidensiyalara tələbat getdikcə artır. "PAŞA Real Estate Qrup" ilə uzun illər genişlənən əməkdaşlığımızın davamı olaraq, "JW Marriott" brendinə xas lüks yaşayış standartlarını bu layihədə təqdim etməyi və mənzil sahibləri üçün rahatlıq və yüksək keyfiyyəti əks etdirən yaşayış mühiti formalaşdırmağı səbirsizliklə gözləyirik"
"The Ritz-Carlton, Tashkent" hotelinin və "The Ritz-Carlton Residences, Tashkent" rezidensiyalarının tikintisi hazırda davam edir. Bu layihə ilə "The Ritz-Carlton" brendinin Özbəkistanda ilk dəfə fəaliyyətə başlaması gözlənilir. "JW Marriott" brendi altında planlaşdırılan rezidensiyalar da eyni kompleksdə yerləşəcək.
İmzalanmış saziş "PAŞA Real Estate Qrup" ilə "Marriott International" arasında mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Tərəflərin Azərbaycan, Gürcüstan və Özbəkistandakı əməkdaşlığı "The Ritz-Carlton", "JW Marriott", "St. Regis", "Marriott Hotels", "Sheraton", "Courtyard by Marriott" və "Autograph Collection" brendləri altında hotel və yaşayış layihələrini əhatə edir.
Bu layihə "PAŞA Real Estate Qrup"un Özbəkistandakı fəaliyyətinin genişləndirilməsi istiqamətində növbəti bir addımdır. Kompleksdə beynəlxalq hotel və rezidensiya brendləri bir məkanda birləşəcək.
"PAŞA Real Estate Qrup" haqqında
"PASHA Holding" in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlaka investisiya qoyuluşu, layihələrin inkişafı, satışı və icarəsi, eləcə də əmlakın strateji idarə olunması və istismarı sahələrində fəaliyyət göstərir. Qrupun portfelinə lüks hotellər, beynəlxalq səviyyəli kurort kompleksləri, premium yaşayış layihələri, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ-da fəaliyyət göstərən Qrup keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini əsas götürərək beynəlxalq miqyasda aktivlərinin dəyərini artırmağı və fəaliyyət göstərdiyi sahədə standartların yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
AQC-də yeni kadr təyinatları olub
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Maaşlar nə qədər artacaq?
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
XƏBƏR LENTİ
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu





