AQC-də yeni kadr təyinatları olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatları həyata keçirilib, Elmi-Metodoloji Şuranın tərkibi genişləndirilib.
AQC İdarə Heyətinin sədri Vüqar Orucun müvafiq sərəncamı ilə Faiq Alışanov Davamlı inkişaf və innovativ həllər departamentinin rəhbəri təyin olunub. İqtisadiyyat, dəniz naviqasiyası mühəndisliyi, logistika və hüquq sahələrində ali təhsilə malik olan Faiq Alışanov əmək fəaliyyəti dövründə Azersun, Gilan və Sinerji holdinqlərində, eləcə də dövlət qurumlarında məsul vəzifələrdə çalışıb. O, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ətraf mühit, iqlim dəyişmələri və enerji təhlükəsizliyi üzrə fəaliyyət göstərib. Peşəkar təcrübəsi sənaye, energetika, tikinti, kənd təsərrüfatı, logistika və innovativ texnologiyalar sahələrini əhatə edir.
Vüqar Orucun digər sərəncamı ilə Riad Əliyev Yaşıl maliyyə və karbon kreditləri üzrə koordinator təyin edilib. AQC-nin üzvü olan Riad Əliyev 2007-2026-cı illərdə ASG Business Aviation MMC-də idarə rəisi vəzifəsində çalışıb. Uzunmüddətli idarəçilik təcrübəsinə malik olan Riad Əliyev maliyyə məsələləri üzrə mütəxəssisdir.
Bununla yanaşı, AQC-nin Elmi-Metodoloji Şurasının tərkibinə Loğman Abdullayev və Gülnarə Bayramova daxil ediliblər.
İqtisad elmləri namizədi, dosent Loğman Abdullayev hazırda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı və Mühasibat və iqtisadiyyat kafedrasının müdiridir. 2000-ci ildən ali təhsil sistemində çalışan Loğman Abdullayev müxtəlif illərdə müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 2006-cı ildə "İstehlak bazarı və onun tənzimlənməsi problemi" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb, 2012-ci ildə dosent elmi adına layiq görülüb. Maliyyə uçotu, maliyyə menecmenti və daxili audit sahələrində beynəlxalq təlimlərdə iştirak edib, müvafiq diplom və sertifikatlara yiyələnib. Üç dərs vəsaiti, bir monoqrafiya, bir metodiki göstəriş, 16 fənn proqramı və 71 elmi məqalə və tezisin müəllifidir.
Elmi-Metodoloji Şuranın digər yeni üzvü Gülnarə Bayramova UNEC-in Mühasibat uçotu və audit fakültəsinin bakalavriat və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Peşəkar Mühasib sertifikasiyası üzrə ölkə ikincisi olan Gülnarə Bayramova Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun "Peşəkar daxili auditor" və "Maliyyə menecmenti və analiz" istiqamətləri üzrə beynəlxalq diplomlarına malikdir. O, APFM-in üzvüdür və hazırda Bakı Biznes Universitetinin Mühasibat uçotu və audit kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
AQC-də yeni kadr təyinatları olub
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Maaşlar nə qədər artacaq?
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
XƏBƏR LENTİ
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu





