“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgədə "Mədəniyyət rüzgarı" adlı silsilə tədbirlər davam etdirilir.
MEMİM-in "Sənət dialoqu" layihəsi çərçivəsində oktyabrın 28-də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti tarzən Elçin Həşimovla ustad dərsi formatında görüş keçirilib.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında layihə barədə məlumat verib. Bildirib ki, tanınmış sənət nümayəndələri ilə yaradıcı gənclər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, milli mədəni irsin təbliğinə xidmət edən layihə eyni zamanda regionlarda musiqi sənətinin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Fuad Orucov layihənin Xaçmazda təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib və bu kimi maarifləndirici tədbirlərin xüsusilə uşaq və gənclər üçün çox əhəmiyyətli olduğunu deyib.
Daha sonra MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə davam edən görüşdə Xalq artisti Elçin Həşimov gənc ifaçıların həm ixtisas, həm də nəzəri biliklərinin artırılması məsələlərindən danışıb, milli musiqi sənətinin inkişafı, tar ifaçılığının özünəməxsus xüsusiyyətləri və bu sənətin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Görüş Xalq artisti Elçin Həşimovun, Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Hüseyn Cəfərovun, Quba şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Polad Əmirbalayevin, eləcə də Azərbaycan Milli Konservatoriyasında E. Həşimovun sinfində təhsil alan Mehdi Sadıqzadə, Araz Qasemi və Fateh İskəndərin (nağarada Siyavuş Kərimovun müşayiəti ilə) çıxışları ilə davam edib.
İnteraktiv formatda keçirilən görüşün sonunda Elçin Həşimov görüş iştirakçılarının suallarını cavablandırıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
XƏBƏR LENTİ
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər





