Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin dekabrında həyat yoldaşı Xəyyam Məmmədovu itirən Şahnaz Məmmədova ərinin ölümündə Klinik Tibbi Mərkəzi və "Avropa Beynəlxalq Hospitalı" ittiham edərək maddi və mənəvi təzminat üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.
Milli.Az Xitab24.az-a istinadən xəbər verir ki, vətəndaş şikayətində bildirib ki, həmin tarixdə həyat yoldaşı özünü narahat hiss etdiyi üçün Təcili Tibbi Yardıma müraciət edib.
Klinik Tibbi Mərkəzə daxil olan pasiyentə Günel adlı növbətçi həkim qanın biokimyәvi analizini etdirәrәk, xәstәdә zәhәrlәnmә olduğunu bildirib. Bu sәbәbdәn dә xəstədə hәzm sisteminin pozulduğ deyilib.
Səhər saatlarında pasiyent evə buraxılıb və onlara "narahat olmayın, xәstәdә ciddi bir şey yoxdur, dincәlib özünә gәlsin" bildirilib.
Evə qayıdanda Xəyyam Məmmədovda üşütmә vә halsızlıq davam edib. Həyat yoldaşı bundan sonra tanıdığı Samir hәkimә zәng edib.
Samir hәkim isə qadına ərini "Avropa Beynəlxalq Hospitalı" gətirməli olduğunu bildirib. Burada xəstəyə qan lazım olduğu deyilib və qısa müddət ərzində pasiyentin yaxınları tərəfindən qan təmin olunub. Daha sonra ərinin yerləşdirildiyi şöbəyə qalxan qadın, həyat yoldaşının qarnında şişkinliyinin artdığını, rənginin saraldığını görüb.
"Bir müddәt sonra Samir hәkim tәlaş içindә vә özünü itirmiş vәziyyәtdә aşağı düşәrәk dedi ki, "xәstәnin qanaxması artıb. Mәn qanı sizә verim, aparın digәr xәstәxanada qanı köçürdün". Biz də indiyә qәdәr xәstәyә nә üçün qan vurulmamasını soruşduq ki, axı Xəyyam qanaxmadan ölә bilәr. Sonra Samir hәkim dedi ki, "narahat olmayın, indi qan köçürmә üçün yuxarı qalxıram". Sonra yenə aşağı düşәrәk xәstәnin digәr xәstәxanaya köçürülmәsini tәkidlә xahiş etdi. Biz yenə dedik ki, axı xәstәnin vәziyyәti qanaxmadan pislәşәrәk ölә bilәr. Bildirdik ki, xәstәni reanimasiyaya yerlәşdirin, tәcili qastroskapiya edәrәk, cәrrahi müdaxilә edin. Hәkim isə cavab olaraq bildirdi ki, burada yaxşı tibbi xidmәt göstәrmәyә şәrait yoxdur. Biz də buna cavab olaraq dedik ki, onda xәstәni niyә qәbul edib onun hәyatı ilә oynayırsız? Bir xәstәnin qәbuluna hazır olmayan tibb müәssisәsindә tәxminәn 4-5 saat vaxtı boş-boşuna itirdik. Xəyyamı başqa bir xəstəxanaya apardıq, bütün tibbi cәhdlәrә baxmayaraq, onu itirdik" - Xəyyam Məmmədovun həyat yoldaşı şikayətində bildirib.
Şahnaz Məmmədova şikayətində onu da əlavə edib ki, Kliniki Tibbi Mərkəz sәhv diaqnoz qoyaraq, xәstәnin halının pislәşmәsinin davam etmәsinә vә nәticәdә onun ölmәsinә sәbәbkar olub. Qadın habelә, sәbәbsiz yerә xәstәni tibb müәssisәsindәn çıxarmaqla onun dövlәt hesabına tibbi xidmәtdәn yararlanmaq hüququndan mәhrum edildiyini bildirib.
Şahnaz Məmmədova bildirib ki, dәfәlәrlә müraciәt etmәsinә baxmayaraq, hәr iki tibb müәssisәsi xәstәlik tarixçәsini onlara tәqdim etmәyib, onlara vurulan zәrәrlә bağlı tәkliflәrә baxılmayıb. Həkim səhlənkarlığına görə həyat yoldaşını itirən qadın çıxış yolu olaraq məhkəməyə müraciət edib.
Şahnaz Məmmədova onu da qeyd edib ki, ailә başçısının ölümә ilә bağlı ailәnin maddi durumu çox pislәşib, öhdәsindә 3 uşaq var. Bu səbəbdən o, maddi və mənəvi təzminat tələb edib.
Məhkəmə araşdırması nəticəsində məlub olub ki, Xəyyam Məmmədova göstәrilmiş tibbi yardımlar tam hәcmdә olmayıb.
Mәhkәmә qanunvericiliyin tәlәblәrini әsas tutaraq hesab edib ki, iddiaçının hәyat yoldaşı ilkin olaraq Kliniki Tibbi Mərkəzə gәtirilsә dә, hәmin tibb müәssisәsindә keyfiyyәtli tibbi yardımlar tam hәcmdә olmayıb, xәstәnin hәkim müşayiәti altında saxlanılması tәmin edilmәdәn evә buraxılıb, qüsurlu tibbi xidmәt tibb işçilәrinin nümunәvi vәzifә tәlimatlarının tәlәblәrinin pozulmasına sәbәb olub, bununla da hәmin tibb müәssisәsindә xәstәnin sağlamlıq vәziyyәtinә uyğun adekvat müayinәlәr aparılmadığı üçün xәstәnin halının sonradan pislәşmәsinә vә başqa tibb müәssisәsinә müraciәt etmәsinә gətirib çıxarıb. Mәhkәmә hәmçinin hesab edib ki, xәstә sәhhәtinin ağırlaşması sәbәbi ilә "Avropa Beynəlxalq Hospital"a müraciәt etsә dә, hәmin tibb müәssisәsindә qan köçürmә xidmәtinә icazә olmadığı halda tibb müәssisәsinә yerlәşdirilib, qanaxmanın dayandırılması üçün müdaxilәlәr lazımi sәviyyәdә icra edilməyib, göstәrilmiş tibbi yardımın hәcmi vә sәviyyәsi klinik protokol qaydalarına uyğun olmayıb, belә ağır xәstәni qәbul edәrәk 3 saatdan çox saxlamaqla xәstәnin hәyatına bir başa risk yaradıb.
Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Şahnaz Məmmədovanın iddiası qismən təmin edilib. Qərara əsasən, hər iki tibb müəssisəsi müştərək qaydada Xəyyam Məmmədovun ölümünə görə onun həyat yoldaşı olan iddiaçıya 15354 manat ödəməlidir.
DİGƏR XƏBƏRLƏR
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
Bakıda idmançı məşq zamanı öldü
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
XƏBƏR LENTİ
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda idmançı məşq zamanı öldü
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?





