Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçiliyimizə qarşıdır.
"Newsarmenia.am" portalının məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərə açıqlamasında belə deyib.
O, bunu həmin mətn əsasında "müstəqil dövlətə sahib olmağın mümkünsüzlüyü" ilə izah edib.
"Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq", - Paşinyan vurğulayıb.
"Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhü bərqərar edə bildik", - o əlavə edib.
Paşinyan hakimiyyətlə müxalifət arasında konstitusiya islahatı məsələsində fikir ayrılıqları fonunda növbədənkənar seçkilərin keçirilməsi ehtimalını da aşağı qiymətləndirib. Bununla belə, o, təfərrüatları açıqlamadan müxalifətə "imtina edə bilməyəcəyi bir təklif" edəcəyini vəd edib.
Paşinyan eyni zamanda Azərbaycanla olan münasibətlərin cari vəziyyətindən də söz açıb.
Paşinyan sülhün alternativinin olmadığını da bəyan edərək onun institusional şəkildə möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
"Mən bir daha deyirəm: sülhün alternativini görmürəm. Hazırda bunu dünən parlamentdə aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının Baş naziri vəzifəsində mənim birinci, ikinci və üçüncü prioritetimdir. Bu yolla ardıcıl və qətiyyətlə irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır", - baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Hökumət başçısı beynəlxalq hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini qeyd edib.
"Dünyada baş verənləri gördükdə dünya nizamının, əslində, dağıldığını anlayırıq. Xoşbəxtlikdən, bu dövrdə sülhü bərqərar edə bildik. Lakin bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və s. çevirməkdir",- deyə Paşinyan vurğulayıb. bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda idmançı məşq zamanı öldü
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi





