Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze və Gürcüstan səfirinin müavini Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub.
Teatrla tanışlıqdan sonra Akademik Milli Dram Teatrının Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə əməkdaşlığını əks etdirən video-çarx nümayiş olunub.
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qonaqları rəhbərlik etdiyi teatrda görməkdən məmnun olduğunu bildirib. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, fikir mübadiləsi aparılıb. İlham Əsgərov qeyd edib ki, Akademik Milli Dram Teatrı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Çin milli teatrları ilə əməkdaşlıq Memorandumları imzalayıb və beynəlxalq əlaqələrini hər il genişləndirməkdədir.
Görüş zamanı Akademik Milli Dram Teatrı ilə Batumi Dövlət Dram Teatrı arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində razılıq əldə olunub. Xanım Eliso Bolkvadze Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələrini yüksək qiymətləndirib və hər iki teatrın qarşılıqlı sənət mübadiləsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Eliso Bolkvadze tanınmış gürcü pianoçusu, beynəlxalq müsabiqələr laureatı və dövlət xadimidir. Eliso Bolkvadze UNESCO-nun "Sülh naminə incəsənət xadimi" fəxri tituluna layiq görülüb və Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. O, Batumidə keçirilən Qara dəniz Beynəlxalq Musiqi və İncəsənət Festivalının təsisçisidir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
XƏBƏR LENTİ
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər





