Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən "ENQRAM" sərgisi açılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.
Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.
"ENQRAM" yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.
Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən "ENQRAM" fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.
Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində AISEL-in "SUBLIMINALS Manifestasiya Təcrübəsi" adlı musiqi performansı təqdim olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı





