Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli avtobus marşrutları "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında yerləşən dayanacaqdan çıxarılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik sərnişin axınının səmərəli idarə olunması, hərəkət intervalının tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın azaldılması məqsədilə həyata keçirilir.
Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində hərəkət edən 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısındakı başlanğıc dayanacaqda və ya "Şamaxinka" ərazisində, "Alov zavodu" ilə üzbəüz yerləşən dayanacaqda minə biləcəklər.
130 və 142 nömrəli marşrutların sərnişinləri isə Moskva prospektindəki "Azərbaycanfilm Kinostudiyası" dayanacağından istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı "Şamaxinka" ərazisində, "Alov zavodu" ilə üzbəüz yerləşən məntəqədir.
Xatırladaq ki, daha əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar da "14 saylı notariat ofisi"nin yanındakı dayanacaqdan çıxarılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq
-
Zərərçəkmiş şəxslə barışıq cinayət işinin taleyini dəyişdi - Məhkəmə qərarı
-
Oğlunun həbsindən sonra Arzuxan Əlizadədən ilk açıqlama
-
Bu ərazimizə qar yağdı
-
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
-
Leysan Məmmədov işdən çıxarıldı
-
Mithun Çakrabortinin oğlu ilə görüntüsü yayıldı - (Video)
-
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - Adlar
-
Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi
-
Azərbaycanda avro bahalaşdı - Rəsmi
-
Bakıda 31 yaşlı kişi bıçaqlandı
-
Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın psixoloji dispanserə yerləşdirildi - (Foto)
-
Seçkilərdə Netanyahunun "Likud" Partiyası qalib gəldi
-
Məşhur türk serialının aktyoru sərxoş halda saxlanıldı
-
Ronaldo het-trik edərək 1000 qola yaxınlaşdı
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub
-
Skandinav ölkələri buna görə tualet kağızı istifadə etmirlərmiş
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova





