Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - Adlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının növbəti İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adı açıqlanıb.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevanın Ombudsman vəzifəsinə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) səlahiyyət müddəti 7 ildir.
Xatırladaq ki, Azərbaycanın hazırkı Ombudsmanı Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən seçilib.
Məlumat üçün bildirək ki, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Parlament 15 gün müddətində yeni ombudsmanın seçilməsi ilə bağlı qərar qəbul edir.
Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildiyi gündən beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır. Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.
Ombudsman vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi və yüksək əxlaqi keyfiyyətləri olan Azərbaycan vətəndaşı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər bu vəzifəyə seçilə bilməzlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Leysan Məmmədov işdən çıxarıldı
-
Mithun Çakrabortinin oğlu ilə görüntüsü yayıldı - (Video)
-
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - Adlar
-
Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi
-
Bakıda 31 yaşlı kişi bıçaqlandı
-
Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın psixoloji dispanserə yerləşdirildi - (Foto)
XƏBƏR LENTİ
-
Leysan Məmmədov işdən çıxarıldı
-
Mithun Çakrabortinin oğlu ilə görüntüsü yayıldı - (Video)
-
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - Adlar
-
Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi
-
Azərbaycanda avro bahalaşdı - Rəsmi
-
Bakıda 31 yaşlı kişi bıçaqlandı
-
Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın psixoloji dispanserə yerləşdirildi - (Foto)
-
Seçkilərdə Netanyahunun "Likud" Partiyası qalib gəldi
-
Məşhur türk serialının aktyoru sərxoş halda saxlanıldı
-
Ronaldo het-trik edərək 1000 qola yaxınlaşdı
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub
-
Skandinav ölkələri buna görə tualet kağızı istifadə etmirlərmiş
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)





