İdman

"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)

30 Oktyabr 2026 11:28
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Milan" və "İnter" klublarının 2031/2032-ci il mövsümünədək istifadəyə verilməsi planlaşdırılan yeni stadionu əfsanəvi "San-Siro"nu əvəz edəcək. Arena "Generali Stadium" adlandırılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna Avropanın ən böyük sığorta şirkətlərindən biri olan "Assicurazioni Generali" ilə imzalanan müqavilə imkan yaradıb. Belə ki, şirkət stadionun ad hüquqlarını əldə edib.

Mənbənin məlumatına görə, təxminən 20 il müddətinə nəzərdə tutulan uzunmüddətli müqavilə hər iki kluba ümumilikdə 650 milyon avroya yaxın gəlir gətirəcək. "Milan" və "İnter" nümayəndələri bu sazişi dünya futbolunda ən əhəmiyyətli sövdələşmələrdən biri kimi qiymətləndirirlər.

Bununla yanaşı, beynəlxalq oyunlar zamanı stadionun adı dəyişdiriləcək. Belə matçlarda arena "Generali Stadium" əvəzinə "Milano Stadium" adlandırılacaq. Bu zaman sponsorun adına istinad edilməyəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.