İdman

"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib

30 Oktyabr 2026 12:28
Baxış: 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.

Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" - "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/2025 mövsümündə I təsnifat mərhələsinin "Şəki" - "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.

Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/2024 mövsümündə 11 matçda 3955, 2024/2025 mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.

I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/2024 mövsümündə 5615, 2024/2025 mövsümündə 4560, 2025/2026 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.

Qeyd edək ki, bu mərhələdə "Şimal" - "Araz-Naxçıvan" (50), "Marafon" - "Zaqatala" (300), "İmişli" - "Qaradağ Lökbatan" (20), "Kür-Araz" - "Sumqayıt" (600), "Qəbələ" - "Mingəçevir" (150), MOİK - "Şahdağ Qusar" (100), "Xankəndi" - "Gəncəbasar" (20), "Hypers" - "Şamaxı" (300), "Şəfa" - "Ağstafa Gəncləri" (50), "Zəngəzur" - "Karvan-Yevlax" (40), "Səbail" - "Zirə" (200), "Kəpəz" - "Baku Sportinq" (5000) matçları baş tutub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.