Dünya

İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi

14 Noyabr 2026 11:45
Baxış: 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Ermənistana istiqamətlənən hərbi təyyarənin öz hava məkanından keçməsinə icazə verməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hərbi aviasiya uçuşlarını izləyən İtaliyanın "ItaMilRadar" monitorinq resursu məlumat yayıb.

Məlumata görə, Livandan Ermənistana uçan, MM62227 bort nömrəli "Boeing KC-767" hərbi nəqliyyat təyyarəsi Türkiyənin hava məkanından keçmək üçün müvafiq icazə ala bilməyib.

Nəticədə təyyarə Türkiyəni qərb istiqamətindən, Qara dəniz və Bolqarıstan üzərindən keçərək uçuşunu davam etdirib.

Qeyd edək ki, təyyarə İtaliya Müdafiə Nazirliyinin balansında olub və Livanda hərbi missiyada iştirak edən Ermənistan hərbçilərini daşıyıb.

Monitorinq resursu ehtimal edir ki, Türkiyə tərəfi əvvəlcə uçuş icazəsinin verməməsi təyyarənin hərbi təyinatlı olması və Ermənistana istiqamətlənməsi ilə əlaqəlidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.