Kriminal

Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)

14 Noyabr 2026 10:43
Baxış: 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb.

Milli.Az Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.

Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona bir il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında həmin şəxsin əl yükü stasionar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli görüntülər müşahidə olunub. Daha sonra aparılan yoxlama zamanı əl yükündəki ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkar edilib.

Ekspertiza nəticəsində patronların zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli və atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Samit Bəşirov məhkəmədə patronların ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, Moskvada tanımadığı bir şəxs Bakıya göndərilməsi üçün ona bir qutu verib.

Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs, həmçinin Moskvada hava limanında üç gömrük nəzarətindən keçdiyini, lakin heç bir problemin aşkarlanmadığını deyib. O, sonda törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, S.Bəşirov 2013-cü ildə Pekində keçirilən uşu-sanda üzrə dünya çempionatının qalibi olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.