Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev dindirilib.
CəmiyyətVüqar Əliyevin işində qərar dəyişdi: 4 milyonluq prosesdə Pərviz Hacıyev də dindiriləcək - Foto
Proses zamanı maraqlı detallar açıqlanıb, tərəflər arasında sərt mübahisələr yaşanıb. Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə "Azenco"nun nümayəndəsi prosesin qapalı keçirilməsini xahiş edib. O, şirkətin həm ölkə daxilində, həm də xaricdə geniş əlaqələrə malik olduğunu əsas gətirərək, müzakirə olunan məsələlərin ictimaiyyətə açıqlanmasını məqsədəuyğun hesab etməyib. Lakin müdafiə tərəfinin etirazından sonra məhkəmə vəsatəti təmin etməyib.
Dindirilən Pərviz Hacıyev bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyır və şirkətdə bütün maliyyə məsələləri onun birbaşa nəzarətində olub.
Şahid qeyd edib ki, şirkət Özbəkistandakı tərəfdaşlarla işlərin görülməsi üçün əvvəlcə 16 milyon manatlıq müqavilə bağlamağı planlaşdırıb:
"Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyon manata, daha sonra isə 8 milyon manata endirdi. Səbəbini soruşanda Özbəkistan şirkətinin maliyyə imkanlarının çatmadığını dedi. Biz bu layihədən cəmi 3 milyon manat qazanc götürdük".
Pərviz Hacıyev Sinqapurda yerləşən hər hansı şirkətlə tender müqaviləsi bağlanmasından xəbərsiz olduğunu da vurğulayıb.
KriminalVüqar Əliyevin məhkəməsi qapalı keçiriləcək: Keçmiş sədr Etibar Pirverdiyevi günahlandırdı
Hazırkı sədr gündəlik maliyyə hesabatlarını nəzərdən keçirərkən bəzi kənar xərclər aşkarladığını bildirib:
"Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb. Vüqar Əliyevə şifahi xəbərdarlıq etdim. O isə cavab verdi ki, Energetiklər Günüdür, hədiyyə almaq lazımdır".
Təqsirləndirilən Vüqar Əliyev isə öz növbəsində heç bir qanunsuzluğa yol vermədiyini bildirib. O, ona heç bir rəsmi və ya şifahi xəbərdarlıq edilmədiyini qeyd edib. Vüqar Əliyev əsas qərarların və xarici müzakirələrin "Azərenerji"nin keçmiş rəhbəri, aralarında "şef" adlandırdıqları Etibar Pirverdiyevin nəzarəti altında həyata keçirildiyini iddia edib.
Məhkəmədə müdafiə tərəfinin Etibar Pirverdiyevin rolu və "Nur" MMC ilə bağlı ünvanladığı bir sıra suallar dövlət ittihamçısının etirazı əsasında protokoldan çıxarılıb və cavablandırılmayıb.
Buna baxmayaraq, vəkil Nurlan Məmmədov diqqətçəkən iddia səsləndirib:
"Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib və 55 min manat əməkhaqqı alıb. Heç adi bir məsləhətçi bu qədər yüksək maaş alar?".
İclasın sonunda Vüqar Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə də baxılıb. Vəkil müvəkkilinin beş azyaşlı uşağının olduğunu və şahidlərə təsir göstərməsi ilə bağlı iddianın əsassız olduğunu qeyd etsə də, məhkəmə heyəti vəsatəti təmin etməyib.
KriminalVüqar Əliyev həbs edildi - FOTO
Xatırladaq ki, Vüqar Əliyev bir il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Həmin maddə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Növbəti məhkəmə prosesində şahidlərin dindirilməsinin davam etdirilməsi gözlənilir. Proses noyabrın 16-da davam etdiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının Fotosu
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Vətalət Mehdiyeva vəfat etdi
XƏBƏR LENTİ
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Murat Bozdan müflis olması xəbərinə reaksiya
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti - Yenilənib - (Video)
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının Fotosu
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz





