Şou-biznes

Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)

14 Noyabr 2026 11:18
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Rəqsanə İsmayılova səhnə aldığı məkanlardan birində yaşanan hadisə ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi çıxışından sonra pərəstişkarları ilə xatirə şəkilləri çəkdirib. Bu zaman onunla foto çəkdirmək istəyən kişilərdən biri fürsətdən istifadə edərək müğənniyə yaxınlaşıb qucaqlamağa cəhd göstərib.

Lakin Rəqsanə İsmayılova əl hərəkəti ilə həmin şəxsin yaxınlaşmasına mane olub və məsafə saxlamasını istəyib.

Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər müğənninin davranışını fərqli şəkildə qiymətləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.