İdman

Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza

14 Noyabr 2026 12:48
Baxış: 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq diskvalifikasiya edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar İspaniya Futbol Federasiyasının İntizam komitəsi tərəfindən qəbul olunub.

Bildirilib ki, 12 matç diskvalifikasiya maksimal müddətdir. Komitə X.Ovononun qayda pozuntusunu ən ağır idman cəzasının tətbiqi üçün kifayət qədər əsaslı hesab edib. Bundan əlavə, qapıçıya əlavə cərimə də təyin olunub.

Xatırladaq ki, İspaniya çempionatının ikinci ən güclü divizionunun ev matçında qapıçı Ovono ilə toqquşmadan sonra hücumçu huşunu itirib və meydandan xərəkdə çıxarılıb, daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Məlumata görə, xəstəxanada 30 yaşlı futbolçunun ürəyi dayanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.