Şou-biznes

Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”

17 Noyabr 2026 13:56
Baxış: 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Zaur Baxşəliyev televiziya fəaliyyətindəki fasilə ilə bağlı izləyicilərinin suallarına münasibət bildirib.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə izləyiciləri ilə söhbətləşən aparıcı ATV-də yeni mövsümün başlasa da, onun proqramının hələ də yayımlanmamasına aydınlıq gətirib. Baxşəliyev bildirib ki, telekanalda yeni verilişlərin yayımlanmasına başlanılmadığı halda, yalnız onun proqramının olmamasının soruşulması düzgün deyil.

"ATV-də hansı veriliş başlayıb? Bircə xəbərlər gedir. Köhnə verilişlər yayımlanır. ATV başlasın ki, biz də başlayaq", - deyə aparıcı narazılığını ifadə edib.

Xatırladaq ki, Zaur Baxşəliyev ATV-də yayımlanan "Bizimləsən" proqramının yayımı ötən televiziya mövsümündə dayandırılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.