Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adi ipoteka kreditləşməsi üzrə növbəti limitləri ayırması mənzil bazarında tələbatın artmasına səbəb ola bilər. Bu isə xüsusilə orta qiymət seqmentində mənzillərin bahalaşması ehtimalını gündəmə gətirir.
Milli.Az-ın araşdırmasına görə, yeni limitlərin ayrılması mənzil almaq istəyən, lakin kifayət qədər şəxsi vəsaiti olmayan vətəndaşların bazara çıxış imkanlarını genişləndirə bilər. Xüsusilə ipoteka şərtlərinə uyğun, münasib qiymətli mənzillərə tələbatın artacağı gözlənilir.
Hazırda Bakıda mənzillərin 1 kvadratmetrinin orta median qiyməti təxminən 2 810 manatdır. Rayonlar üzrə qiymətlər fərqlənir. Belə ki, Nərimanov rayonunda 1 kvadratmetr mənzil 3 254 manat, Nəsimidə 3 156 manat, Səbaildə 3 100 manat, Yasamalda 2 923 manat, Nizamidə 2 869 manat, Xətai rayonunda 2 700 manat, Binəqədidə 2 592 manat, Suraxanıda 2 208 manat, Abşeronda isə 1 690 manat civarındadır.
Bu göstəricilərə əsasən, Bakıda 60 kvadratmetrlik mənzilin orta qiyməti təxminən 168 600 manat təşkil edir. Otaq sayına görə isə 1 otaqlı mənzillərin qiyməti təxminən 130 min manat, 2 otaqlı mənzillərin qiyməti 175 min manat, 3 otaqlı mənzillərin qiyməti 265 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 430 min manat səviyyəsindədir.
İpoteka kreditlərinə əlçatanlığın artması mənzil bazarında satış aktivliyini yüksəldə bilər. Xüsusilə orta qiymətli mənzillərə tələbin artması həmin seqmentdə qiymətlərə təsir göstərə bilər. Əgər bazarda mənzil təklifi tələbatın artımını qarşılaya bilməsə, müəyyən ərazilərdə qiymətlərin yüksəlməsi mümkündür.
Bununla belə, ipoteka limitlərinin ayrılması mənzil qiymətlərinin mütləq bahalaşacağı anlamına gəlmir. Qiymətlərin dinamikası ayrılan kredit limitlərinin həcmi, müraciətlərin sayı, əmlak bazarında təklif və alıcıların ödəmə qabiliyyətindən asılı olacaq.
Qeyd edək ki, göstərilən mənzil qiymətləri elanlar üzrə median göstəricilərdir. Faktiki alqı-satqı zamanı qiymətlər fərqlənə bilər.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?
-
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?
-
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)





