Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Joze Mourinyo Fənərbağçadan ayrılmasının səbəblərindən birinin Kerem Aktürkoğlunu transfer edə bilməməsi olduğunu etiraf edib.
Milli.Az xəbər verir ki, Portuqaliya mətbuatına danışan Mourinyo Fənərbağçada çalışdığı dövrdə transferdə yaşanan problemlərə toxunaraq bunları deyib:
"Bəlkə də Fənərbağçadan ayrılmağımın səbəblərindən biri, oyun anlayışıma görə çox önəmli hesab etdiyim o futbolçunu - Kerem Aktürkoğlunu Benfikadan ala bilməməyin yaratdığı məyusluq idi."
Məşhur məşqçi, həmin transferin baş tutmamasının Fənərbağçada qurmaq istədiyi planlara birbaşa təsir etdiyini bildirib.
Mourinyo açıqlamasında əlavə edib: "Bu, mənim üçün çox üzücü idi. Dolayısı ilə Benfikanın heyətində də müəyyən dəyişikliklərə səbəb oldum. Bu mənim günahımdır. Onu komandama qatmaq üçün hər şeyi etdim, amma nə Fənərbağçada, nə də Benfikada onu transfer edə bildim."
Lalə Qüdrətova
Milli.Az





