Dünya

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

23 Yanvar 2026 00:05
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna lideri Volodimir Zelenski və həyat yoldaşı Olena banklardakı vəsaitləri istisna olmaqla, 595 min dollar nağd pula sahibdirlər.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu məbləğ onların əmlak bəyannaməsində əksini tapıb.

Zelenski və həyat yoldaşı nağd puldan əlavə, Ukrayna və İsveçdəki müxtəlif banklarda vəsait saxlayırlar. Mediada yayılan məlumata görə, cütlüyün hesablarında 3.059.441 qrivna (70.723 dollar), 363.485 avro və 53.494 ABŞ dolları var.

Zelenskilər tərəfindən bəyan edilən vəsaitlərin ümumi məbləği 1 milyon ABŞ dollarını ötür.

Cütlük, həmçinin "Breguet", "Tag Heuer", "Rolex", "Piaget" və "Bovet" kimi brendlərin lüks saatlarına, zərgərlik məmulatlarına və iki avtomobilə ("Land Rover" və "Mercedes-Benz") sahibdir. (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.