İran ABŞ-ın mümkün quru əməliyyatına qarşı Xarq adasında müdafiə tədbirlərini gücləndirib.
Milli.Az xəbər verir ki, CNN telekanalının məlumatına görə, İran adaya əlavə hərbi qüvvə və hava hücumundan müdafiə sistemləri yerləşdirib, həmçinin ərazidə minalar və tələlər qurub.
Qeyd olunur ki, ABŞ administrasiyası bu adanı nəzarətə götürməyi İranı Hörmüz boğazını açmağa məcbur etmək üçün təzyiq aləti kimi nəzərdən keçirir.
Lakin ABŞ rəsmiləri və hərbi ekspertlər belə əməliyyatın yüksək riskli olduğunu, ciddi itkilərlə nəticələnə biləcəyini vurğulayır.
Mənbələrin sözlərinə görə, İran xüsusilə daşınan zenit-raket sistemləri yerləşdirərək hava hücumlarına qarşı müdafiəni gücləndirib.
Ekspertlər hesab edir ki, mümkün əməliyyat ABŞ qüvvələri üçün ciddi təhlükə yarada və İranın sərt cavabı ilə nəticələnə bilər. (APA)
Milli.Az





