İran

"İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"

25 Mart 2026 20:25
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib və Amerika qoşunlarının bölgədən çıxarılmasını tələb edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

"Bölgədəki bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerləri bildirməyə, eyni zamanda öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb etməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.

Qeyd edək ki, İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.