Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mart ayından etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Gəncədə konsert keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala-1915" oratoriyası təqdim olunub.
Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.
Konsertdə tanınmış vokalçılar Xalq artisti Samir Cəfərov və Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər.
Dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oratoriya qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirib.
Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
XƏBƏR LENTİ
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad





