Ölkə

Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)

6 Noyabr 2026 22:51
Baxış: 83
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililər sökülür. Ərazidə bəzi obyektlər sökülüb, digərləri də sökülmək üzrədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, obyektləri sökülən sahibkarlar iddia edirlər ki, onlara kompensasiya ödənilmir.

Sahibkarların sözlərinə görə, onlar vergiləri, rüsumları vaxtlı-vaxtında ödəyiblər, amma obyektləri üçün kompensasiya verilmir.

Onlar həmin ərazidəki sənədsiz evlərə görə kompensasiya ödənildiyini, lakin obyektlərin sahiblərinə pul verilmədiyini söyləyirlər.

Məsələ ilə bağlı əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumdan məsələnin onların səlahiyyətində olmadığı bildirildi.

"Azərbaycan Dəmir Yolları" QSC-dən isə qeyd olundu ki, işlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.

Nazirlər Kabinetindən isə məsələnin müzakirə mərhələsində olduğu, əlavə məlumatın veriləcəyi bildirildi.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.