Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda keçirilən sorğuda iştirak edən respondentlərin 30%-i ölkə prezidenti Vaaqn Xaçaturyanın fəaliyyəti barədə məlumatsızdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Gallup International" xidmətinin təqdim etdiyi sonuncu tədqiqatın nəticələrində bildirilir.
"Ən aşağı müsbət qiymətləndirməni 13.2% göstərici ilə Ermənistan prezidenti Vaaqn Xaçaturyan alıb. Onunla bağlı yenidən eyni vəziyyət təkrarlanıb - sorğuda iştirak edənlərin 30%-i ya onun fəaliyyəti ilə tanış deyil, ya da ümumiyyətlə, kim olduğunu bilmir. Bu, müəyyən mənada absurddur", - deyə "Gallup International"ın Ermənistan nümayəndəliyinin rəhbəri, sosioloq Aram Navasardyan sorğu nəticələrinin təqdimatında deyib.
Bununla yanaşı, o vurğulayıb ki, vətəndaşlar ən çox Erməni Apostol Kilsəsinin fəaliyyətindən razıdırlar - 59.1% tamamilə, 13.9% isə qismən məmnundur.
"İkinci yerdə reytinqində müəyyən azalma müşahidə olunan Ermənistan silahlı qüvvələri qərarlaşıb. Respondentlərin 46.6%-i ordudan tamamilə, 21.2%-i isə qismən razı olduqlarını bildiriblər. Bu rəqəmlərdən sonra baş nazir Nikol Paşinyan gəlir. İştirakçıların 31.1%-i onun fəaliyyətindən tam, 20.8%-i isə qismən razıdır. Maraqlı məqam odur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demək olar ki, Paşinyandan geri qalmır. Sorğu iştirakçılarının 30%-i ondan tam, 20%-i isə qismən məmnundur", - deyə Navasardyan əlavə edib.
Qeyd edək ki, sözügedən sorğu oktyabrın 28-dən noyabrın 4-dək telefon müsahibəsi formatında həyata keçirilib və 1 001 nəfəri əhatə edib. Sorğunun xəta payı ±3% təşkil edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Qonşu ölkədə çoxuşaqlı ailələrə 65 min dollar veriləcək
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
XƏBƏR LENTİ
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi





