Vernidub qələbələrin sirrini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"ə qarşı keçirdikləri oyunda qazandıqları qələbədən (1:0) danışıb.
Milli.Az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Hamını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanda həmişə sülh hökm sürsün, insanlar gözəl və xoşbəxt həyat yaşasınlar - məhz özlərinin istədikləri kimi. Həmçinin ümid edirəm ki, bir gün Ukrayna azad olacaq və qələbə qazanacaq. Qoy insanlar sülh şəraitində yaşasın və arzuladıqları həyata qovuşsunlar. Mən bu günü səbirsizliklə gözləyirəm və ümid edirəm ki, həmin günü görəcəyəm.
- Artıq ikinci oyundur ki, qələbə qolunu meydana sonradan daxil olan futbolçu vurur. Bunu əvvəlcədən planlaşdırmışdınız?
- Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların nəticəyə təsir etməsindən çox razıyam. Bu, ehtiyat qüvvəmizin yaxşı formada olduğunu göstərir. Oyundan əvvəl Şkrtbekə start heyətində yer almayacağını, lakin sonradan meydana çıxacağını dedim. Ona bir qədər istirahət vermişdik. Hər oyundan əvvəl komandanın oyununu gücləndirmək üçün kimin kimi əvəzləyəcəyini müəyyənləşdiririk. Buna görə də meydana kimin çıxacağını həmişə bilirik. Bu, məni çox sevindirir və böyük məmnunluq yaradır.
- Emil Səfərov milliyə dəvət olunmur...
- Bu, bizim daxili məsələmizdir. Hər şey yaxşı olacaq. Məhz buna görə də dialoq aparır, vəziyyəti müzakirə edirik. Hesab edirik ki, onun istirahətə ehtiyacı var. Daha səylə çalışmalı və əvvəlki Səfərova çevrilməlidir. Buna əminəm. "Neftçi" onunla təsadüfən müqavilə imzalamayıb. O, bizə lazımdır və komandamız üçün çox vacib futbolçudur. Bunu nə qədər tez dərk etsə, həm komanda, həm də özü üçün bir o qədər yaxşı olacaq.
- Digər iddialı komandalarla müqayisədə "Neftçi"də milli komandalara dəvət alan legionerlərin sayı azdır. Bu, məşq prosesi baxımından sizin üçün üstünlükdür?
- Əvvəla, demək istəyirəm ki, milli komandada oynamaq böyük şərəfdir. Bu, ölkələrini təmsil edən futbolçuların ustalıq səviyyəsi haqqında çox şey deyir. Hazırda üç futbolçumuz xarici ölkələrin, dörd futbolçumuz isə Azərbaycan millisinin heyətində çıxış edir. Onlara görə çox sevinirəm. Yeganə arzum odur ki, zədəsiz qayıtsınlar. Komandalarına qələbə qazandırmaq üçün əllərindən gələni etsinlər. Çox ümid edirəm ki, Azərbaycan millisi birinci yeri tutacaq. Eyni arzunu legionerlərimizə də çatdırıram.
- Son vaxtlar Emin Mahmudov az oyun vaxtı alırdı. Bu gün onun millidə karyerasını başa vurduğu məlum oldu. Eminin milli komandadan ayrılmaq qərarına necə yanaşırsınız?
- Emin Azərbaycanda ən yüksək səviyyəli futbolçulardan biridir. O, uzun müddət millidə çıxış edib və həmişə ən yaxşı nəticələrə can atıb. Eyni zamanda, "Neftçi"nin əsas oyunçularından biridir və klubda çoxlu oyun keçirib. Bilirəm ki, belə bir qərar qəbul edib. Bu, çətin qərardır, amma həyatda belə hallar olur. İndi vaxtının daha çox hissəsini kluba həsr edə biləcək. İllər keçir, cavanlaşmırıq, əksinə, yaşlanırıq (gülür). Bəzən yaş öz sözünü deyir. Çox istərdim ki, o, "Neftçi"də oynamağa və komandaya fayda verməyə davam etsin. O, buna həm peşəkar, həm də insan kimi layiqdir. Mənə çox kömək edir: istər digər futbolçularla ünsiyyətdə, istərsə də şəxsi məsələlərin həllində. O, kapitan rolunu həqiqətən layiqincə yerinə yetirir. Bir-birimizə qarşı tam açığıq. Əsas arzum onun sağlam qalması və mümkün qədər çox oynamasıdır.
- Əgər Emin mövsümün sonunda futbolçu karyerasını başa vurmaq qərarına gəlsə, fikrini dəyişməyə çalışacaqsınız?
- O, həyatını "Neftçi"yə həsr edib. Artıq 10 ildir buradadır. Onunla danışmışam. Hətta belə bir qərar versə də, klubda qala bilər. Məsələn, menecer və ya məşqçi kimi fəaliyyət göstərə bilər. Məşqçiliklə məşğul olmaq qərarına gəlsə, ondan əla mütəxəssis alınar. Hər halda, Emin artıq adını "Neftçi"nin tarixinə qızıl hərflərlə yazdırıb. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
XƏBƏR LENTİ
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər





