Avto

Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)

7 Noyabr 2026 03:03
Baxış: 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ferrari şirkəti ilk tam elektrikli modeli "Luce"nin salonunda sensor ekranlarla yanaşı, fiziki düymələrdən və fırlanan tənzimləyicilərdən də geniş istifadə edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, layihə "Apple"ın sabiq baş dizayneri Coni Ayvın "LoveFrom" studiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Ayvın fikrincə, sürücü avtomobili idarə edərkən funksiyalardan ekrana baxmadan istifadə edə bilməlidir. Fiziki düymələr bu baxımdan daha əlverişli hesab olunur və sürücünün diqqətini yoldan yayındırmamağa kömək edir.

Avtomobilin diqqətçəkən xüsusiyyətlərindən biri də şüşədən hazırlanmış açarıdır. Elektron mürəkkəb texnologiyası ilə təchiz edilən açarın rəngi avtomobilə yerləşdirildikdə dəyişir.

"Ferrari" rəhbərliyi yeni modelin dizaynının müzakirələrə səbəb olduğunu, lakin avtomobili canlı görənlərin reaksiyasının çox vaxt fərqli olduğunu bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.