Salah "Liverpul"la vidalaşdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Liverpul"un formasını geyinən Məhəmməd Salah mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb.
Milli.Az xəbər verir ki, 2017-ci ildən bəri klubun uğurları üçün tər tökən və adını əfsanələr sırasına yazdıran Məhəmməd Salah sosial media hesabından paylaşım edərək ayrılıq qərarını bildirib.
Məhəmməd Salah açıqlamasında bu sözləri qeyd edib: "Təəssüf ki, o gün gəldi. Bu, vidalaşmağımın ilk hissəsidir. Mövsümün sonunda 'Liverpool FC'dən ayrılacağam. İlk növbədə onu demək istəyirəm ki, bu klubun, bu şəhərin və bu insanların həyatımın bir hissəsinə çevriləcəyini heç vaxt xəyal etməmişdim. 'Liverpool FC' sadəcə bir futbol klubu deyil; bir ehtiras, bir tarix, bir ruhdur. Bunu bu klubun parçası olmayan birinə izah edə bilmərəm. Qələbələri qeyd etdik, ən vacib kubokları qazandıq. Həyatımızın ən çətin anlarında birlikdə mübarizə apardıq. Bu klubun bir hissəsi olan hər kəsə, xüsusən də keçmiş və indiki komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyiniz dəstək, karyeramın ən yaxşı və ən çətin anlarında yanımda olmağınız heç vaxt unutmayacağım və həmişə qəlbimdə daşıyacağım bir şeydir".
2017-ci ilin yayında "Roma"dan transfer edilən misirli hücumçu İngiltərə nəhəngi ilə birlikdə iki Premyer Liqa çempionluğu, Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku, UEFA Super Kuboku, FA Kuboku, iki Liqa Kuboku və bir FA Community Shield qazanıb.
"Liverpul"da indiyədək 435 matça çıxan Salah 255 qolla bütün zamanların ən məhsuldar oyunçuları siyahısında üçüncü yerdə qərarlaşıb. Salah, həmçinin 119 məhsuldar ötürmə (asist) ilə yadda qalıb.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu





