Ermənistan

Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı

22 May 2026 19:03
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən əsas siyasi qüvvələrin yeni reytinqi açıqlanıb.

Milli.Az savaşmedia-ya istinadla xəbər verir ki, bu barədə "Gallup"ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan məlumat yayıb.

Respondentlərin 28,8 faizi hakim Mülki Müqavilə Partiyasına (Nikol Paşinyan), 14,9 faizi "Güclü Ermənistan" blokuna (Samvel Karapetyan), 12,1 faizi "Ermənistan" blokuna (Robert Köçəryan), 8,7 faizi Çiçəklənən Ermənistan Partiyasına (Qagik Çarukyan) və 5,8 faizi Birlik Qanadları Partiyasına səs verəcəyini deyib.

19-21 may tarixlərində keçirilən telefon sorğusunda 1102 nəfər iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.