Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır, 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır:
"İnsan yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan, 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibbi müayinədən keçməsi vacib hesab olunmalıdır".
Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa və avtomobili təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir:
"70 yaşdan sonra tibbi nəzarətin daha sıx şəkildə aparılması daha məqsədəuyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibbi müayinədən keçilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".
A.Badamov vurğulayıb ki, görmə və eşitmə qabiliyyətində ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər:
"Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatına görə məsuliyyət daşımır. O, həm avtomobildə olan sərnişinlərin, həm digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə də sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalı və onun avtomobili təhlükəsiz idarə edə bilməsi əsas meyar olmalıdır".
Deputat əlavə edib ki, belə qaydalar yaşlı insanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirilməməlidir:
"Əsas məqsəd insanların hüquqlarını məhdudlaşdırmaq deyil, yollarda təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu
-
Rayonlara yağış yağır, Göyçaya dolu düşüb
-
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO
-
Bakı-Tbilisi-Bakı qatarında uşaqlar üçün gediş haqqı açıqlandı
-
"Bakı Fəaliyyətə Çağırış" - WUF13-ün yekun sənədinin mətni dərc olunub
-
Ceyhun Dadaşova yeni vəzifə verildi
-
“Qurd Əfsanəsi” adlı mono tamaşa təqdim olunub - FOTO
-
Türkan Şorayın qızı da saxlanıldı - FOTO
-
21 iyunda buraxılış imtahanı yenidən keçiriləcək
-
Bu imtahanın nəticələri elan edildi
-
WUF13-ün bağlanış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
-
Kılıçdaroğlu CHP sədri oldu
-
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
Arbeloa “Real”dan gedir
-
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etdi - FOTO
-
Kralın qardaşı ilə bağlı istintaqın DETALLARI - FOTO





