Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Münasibətlərdə və sosial həyatda "üzr istəyə bilmək" böyük kamillik sayılsa da, Zodiakın bəzi nümayəndələri üçün bu söz sanki lüğətdən tamamilə silinib. Onlar öz etdikləri səhvləri belə elə bir manipulyasiya ilə təqdim edirlər ki, bir də ayılıb özünüzü onlardan üzr istəyən yerdə görə bilərsiniz.
Üzr istəməyi bir müdriklik deyil, məğlubiyyət kimi görən bəzi bürclər üçün günahkarlıq psixologiyası demək olar ki, qeyri-mümkün bir anlayışdır. Ən haqsız olduqları məqamlarda belə nümayiş etdirdikləri sözbazlıq və taktikalarla suyun üzünə çıxmağı bacaran bu xarakterlər, günün sonunda bütün faturanı qarşı tərəfə kəsməkdə ustadırlar.
Budur, öz səhvini əsla qəbul etməyən həmin 4 bürc:
Şir bürcü
Bir Şir bürcünün səhv etdiyini qəbul etməsini gözləmək, Günəşin qərbdən doğmasını gözləmək kimidir. İdarəedici planeti Günəş olan Şir, özünü hər zaman diqqət mərkəzində və qüsursuz görür. Əgər ortada bariz bir yanlışlıq varsa, bu ya şərtlərin uyğun olmamasından, ya da ətrafındakı insanların uzaqgörən olmamasındandır. "Mən səhv etmirəm, sadəcə fərqli bir üsul sınadım" məntiqi ilə hərəkət edirlər və qürurlarını qorumaq üçün günahı dərhal başqasına ötürürlər.
Əkizlər bürcü
Əkizlər bürcü günahı tam sübuta yetirildikdə belə, söz oyunları ilə vəziyyətdən təmiz çıxmağı çox yaxşı bacarır. Müqəssir olduğunu bilsəniz belə, onunla mübahisə edərkən mövzunu elə bir yerə gətirər ki, dəqiqələr sonra əsl günahkarın siz olduğunuza inanmağa başlayarsınız. "Amma sən də mənə belə demişdin", "O gün elə davranmasaydın, mən bunu etməzdim" deyərək hədəfi yayındırırlar. Onların bəlağəti və dilbazlığı, öz səhvlərini görünməz edən ən böyük qalxanlarıdır.
Qoç bürcü
Qoç bürcü impulsivdir, sürətli hərəkət edir və fırtınalar qoparır. Səhv etdiyini daxilən fərq etsə də, o məşhur inadkarlığı və döyüşçü ruhu ucbatından əsla geri addım atmır. Üzr istəməyi bir "təslimiyyət" və "məğlubiyyət" kimi gördüyü üçün mübahisəni daha da böyüdərək üstünlük qazanmağa çalışır. Onun lüğətində "Günahkaram" demək əvəzinə, "Sən məni özümdən çıxartdın, ona görə belə oldu" cümləsi yer alır.
Oğlaq bürcü
Oğlaqlar həyatı qaydalar və məntiq çərçivəsində yaşayırlar. Öz daxili sistemlərindən və doğrularından o qədər əmindirlər ki, bir işi yanlış görmüş olma ehtimallarını masaya belə qoymurlar. Əgər bir layihə və ya münasibət böhranla nəticələnibsə, Oğlaq bürcü faturanı qarşı tərəfin "intizamsızlığına" və ya "bacarıqsızlığına" kəsir. Tənqid olunmağı bir hörmətsizlik kimi qəbul etdikləri üçün, səhvi qəbul etmək əvəzinə qarşılarına divar hörüb məsafəli duruşları ilə sizi cəzalandırmağı üstün tuturlar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
Bu BÜRClər macərasız yaşaya bilmir - Siyahıda siz də varsınız?
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
3 bürcün həyatı tam dəyişir - Sürpriz çox yaxındadır
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
XƏBƏR LENTİ
-
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar
-
Kremli nəm keks resepti
-
Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR
-
Əhvalınızı yüksəltmək istəyirsiniz? - Bu rəngləri geyinin
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı





