Cəmiyyət

Sabiq partiya sədrinə hökm oxundu

22 May 2026 18:35
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən son iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı A.Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkən tərəf ona dəymiş ziyanın məhkəmə istintaqı müddətində ödənilməməsi səbəbindən Anar Əsədli ilə barışmadığını bildirib.

Müdafiə tərəfinin çıxışları və təqsirləndirilənin son sözündən sonra elan edilən hökmlə Anar Əsədli 5 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında qərar dəyişdirilib, yenidən barəsində həbs qətimkan tədbiri bərpa olunub.

Məhkəmədə zərərçəkən qismində politoloq Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.