Futbol azarkeşlərini yuxusuz gecələr gözləyir - Dünya çempionatı BAŞLAYIR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə 2026-cı il Dünya çempionatının ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə Şimali Amerika qitəsində təşkil olunması Yer kürəsinin digər nöqtələrində, xüsusən də Azərbaycanda yaşayan milyonlarla azarkeş üçün ciddi zaman sınağına çevrilir.
Turnirin keçiriləcəyi nəhəng coğrafiya Sakit okeandan Atlantik okeanına qədər bir neçə fərqli saat qurşağını əhatə etdiyi üçün oyunların yerli vaxtla günorta və axşam saatlarında baş tutması Bakı vaxtı ilə gecə yarısına və səhərə təsadüf edir.
Azərbaycanlı futbolsevərlər üçün matçların yayım qrafiki Bakı vaxtı ilə axşam saat 20:00 və 23:00-da başlasa da, qrup mərhələsinin və pley-off mərhələlərinin bir çox önəmli qarşılaşmaları gecə saat 02:00, 05:00, hətta səhər 07:00 və 08:00 kimi olduqca əlverişsiz vaxtlarda start götürəcək. Bu nəhəng zaman fərqi futbol azarkeşlərinin gündəlik həyat ritmini alt-üst etməklə yanaşı, bir sıra sosial və fiziki problemləri də bərabərində gətirir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı mundialın ölkəmizdəki yayım hüququna malik İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov "Yeni Sabah"a bildirib ki, qarşılaşmaların əlverişsiz saatlarda baş tutması kanalda nəzərə alınıb:
"Dünya çempionatının Bakı vaxtı ilə gecə saatlarında keçiriləcək qarşılaşmaların növbəti gün günorta saatlarında təkrarı nəzərdə tutulur. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq, Azərbaycan tamaşaçısına mundialın açılış matçından final oyununa qədər bütün 104 qarşılaşmanı canlı yayımlayacağıq.
Bütün oyunların geniş icmalı operativ şəkildə İctimai TV-nin rəsmi "YouTube" kanalında yerləşdiriləcək. "Youtube"la bəzi qarşılaşmaların canlı yayımları da olacaq. Eyni zamanda, kanalın efirində hər gün günorta saatlarında həmin gecə keçiriləcək oyunların geniş icmalı təqdim ediləcək. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlər məlum zaman fərqinə görə matçlardan uzaq düşməsinlər".
Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
XƏBƏR LENTİ
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı





