İdman

Mbappenin yanlış dizi müayinə etdilər

25 Mart 2026 13:00
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in həkimləri hücumçu Kilian Mbappenin dizini yoxlayarkən ciddi səhvə yol veriblər. Tibb işçiləri futbolçunun sol dizini müayinə etmək əvəzinə, sağ dizini yoxlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bu barədə COPE də daxil olmaqla bir çox mənbə məlumat yayıb.

Daha əvvəl K.Mbappe "Real Madrid"dəki müayinə ilə bağlı problemi dolayısı ilə təsdiqləmişdi. Futbolçunun sözlərinə görə, bəxti gətirib ki, Parisdə ona düzgün diaqnoz qoyulub.

K.Mbappe artıq tam bərpa olunub və Fransa millisinin düşərgəsinə çağırılıb.

Qeyd edək ki, komandanı qarşıda Braziliya və Kolumbiya yığmalarına qarşı yoldaşlıq oyunları gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.