Hadisə

İsmayıllıda 6 otaqlı ev yanıb

26 Mart 2026 00:14
Baxış: 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonu ərazisində güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Bayramov Vüsal Vəli oğluna məxsus 6 otaqlı yaşayış evində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.