Yanğınsöndürəndən xəbərdarlıq: Evində "airfryer" olanlar diqqətli olsun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəxlərdə sürətlə yayılan hava fritözləri sağlam və sürətli yemək hazırlama imkanı təqdim etsə də, xətalı istifadə zamanı böyük təhlükə yaradır.
Milli.Az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən yanğınsöndürən Riçard But son 10 ayda hava fritözlərindən qaynaqlanan 9 fərqli yanğın hadisəsinə müdaxilə etdiklərini bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, yanğınların böyük hissəsi istifadəçi səhvlərindən qaynaqlanır.
İstifadəçilərin tez-tez etdiyi bəzi səhvlər yanğın riskini kəskin şəkildə artırır:
Cihazın mətbəx şkaflarının altında (qapalı və dar yerdə) işlədilməsi.
Cihazın plitənin üzərinə qoyulması və ehtiyatsızlıqdan aktiv hala gəlməsi.
Havalandırma dəliklərinin yağ və çirklə tıxanması.
Müntəzəm təmizlik işlərinin aparılmaması.
Cihazın içində qablaşdırma və ya yad maddələrin unudulması.
Mütəxəssislərin fikrincə, bu cür xətalar qısa müddətdə həddindən artıq isinməyə və alovlanmaya səbəb ola bilir. Xüsusilə kiçik və qapalı mətbəx sahələrində bu risk daha da böyükdür.
Təhlükəsiz istifadə üçün qızıl qaydalar
Cihazı açıq və havalı yerdə istifadə edin: Hava dövranı üçün ətrafında boşluq buraxın.
Şkaf altlarından uzaq tutun: İsti hava yuxarı qalxdığı üçün şkafların alt hissəsini zədələyə və ya yanğına səbəb ola bilər.
Kabel və fişləri mütəmadi yoxlayın: Zədələnmiş kabellər qısaqapanma yarada bilər.
Havalandırma dəliklərini təmiz saxlayın: Cihazın nəfəs almasına mane olmayın.
Cihazı həddindən artıq doldurmayın: Tutumundan artıq yemək qoymaq isinmə balansını pozur.
İşiniz bitdikdən sonra elektrikdən ayırın: Cərəyandan ayrılmış cihaz hər zaman daha təhlükəsizdir.
Riçard But hava fritözlərində yağlı kağızın istifadəsinə də diqqət çəkərək, bu vərdişin riskli ola biləcəyini qeyd edib. Yanlış aksesuar istifadəsi və cihazın həddindən artıq doldurulması daxildə alovun yaranmasına səbəb ola bilər. Ekspertlər xatırladır ki, hava fritözləri düzgün istifadə edildikdə təhlükəsiz və qənaətcil cihazlardır, lakin laqeydlik ağır nəticələrə yol aça bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
XƏBƏR LENTİ
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Viktor Orbanın qardaşı saxlanıldı





